beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ONDAN ÖZGƏSİNİ SEVƏ BİLMİRƏM...

Mən onu nə qədər sevirdim bilsən,
Uğrunda hər şeyi edə bilərdim
Onun gözlərini bir dəfə görsən
Həmən o gözlərdə itə bilərdin
ONDAN ÖZGƏSİNİ SEVƏ BİLMİRƏM...
Söyləyə bilmirdim sevgimi ona,
Hər dəfə deyirdim qalsın sonraya
Tək dərdim utanmaq,çəkinmək idi
Mənim bu sevgimi kimsə bilmirdi...
ONDAN ÖZGƏSİNİ SEVƏ BİLMİRƏM...
Hər dəfə görəndə ölüb-qalırdım
Özgə birisiylə yaxınlaşanda
Keçirdim kənarda mən ağlayırdım
Səsimi çıxara bilmirdim ama...
ONDAN ÖZGƏSİNİ SEVƏ BİLMİRƏM...
Qorxurdum sevgimə qarşılıq verməz
Daha əvvəlkitək üzümə gülməz
Qorxurdum itər o ömür yolumdan
Qəlbim də yox olar mənim solumdan...
ONDAN ÖZGƏSİNİ SEVƏ BİLMİRƏM...
Qorxurdum alarlar o qızı məndən,
O da uçub gedər bu əllərimdən
Boş qalar əllərim,ağlar gözlərim
Puç olub məhv olar tək bir diləyim...
ONDAN ÖZGƏSİNİ SEVƏ BİLMİRƏM...
Cəsarət elədim qəlbimi açdım
Ondansa tək kəlmə bir söz çıxmadı
Birazcıq baxışdıq sonrasa qaçdı
O gündən qarşlma daha çıxmadı...
ONDAN ÖZGƏSİNİ SEVƏ BİLMİRƏM...
O gündən soyuqdur üşüyürəm mən,
O gündən tənhalıq içimi sardı
Sonrasa öyrəndim sən demə belə
Onun ürəyində başqası vardı...
ONDAN ÖZGƏSİNİ SEVƏ BİLMİRƏM...
O gündən bu dünya yıxıldı başma
O gündən kimsəni sevə bilmirəm
Tək səbəb bir odur gözyaşlarıma
Hər gecə ağlaram, gülə bilmirəm.
Ondan özgəsini sevə bilmirəm...


Tarix: 27.01.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Sevgi şerləri