beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsrətəm..!!

Sevgilim belə bir qərar almışam
Ayrılaq bu eşqin sonu görünür.
Dərd kədər içində məskən salmışam,
Ürəyim arxanca gəzib sürünür.

Bu həyat gözəldi o vaxt gözümdə,
Yaman inanırdım məni sevirsən.
Bilmədim nə oldu inan özümdə,
Hər şeyi bir Allah, bir sən bilirsən.

Son dəfə görüşə dəvət edirəm,
Bəlkə də yaralar təzələnəcək.
Deməki xoşbəxt ol, çıxıb gedirəm!
Ovcuna gözümnən yaş ələnəcək.
Həmin o yaşları silmə əlinnən,
Öpərsən rəsmimi hər darıxanda.
Xoşbəxtlik arzumdu yar sevgilinnən,
Sal məni yadına ona baxanda.

Çox istəyərdim duyam səsini,
Qprxuram heç zaman qismət olmuya.
Keçməyə nə var ki, eşq tələsini?
Gözlərim gözünə həsrət olmuya.

Vecinə deyilmi çəkirəm nələr?
Sən isə kef çəkib, hey əylənirsən.
Səbr elə sevgilim, elə gün gələr,
Halallıq istəyib geri gələrsən.
Nə oldu sevgilim? Dərdini denən!
Unudum o ötən, baş verənləri,
Qıyarmı yarına söylə heç sevən?
Çaşdırır bizləri yan görənləri.

Qələmim yanğımı söndürür bir az,
Amma ki, kədərim getmir üzümnən.
Zəng elə danışaq, etmə etiraz!
De küsdün sən mənim hansı sözümnən?

Dön daha yarına, bəsdir həsrətin,
Qəlbimdə odlanır sevgi adlı şəm.
Özgəsi olarsa əgər qismətin,
Denən ki, taledir, demə sevmişəm!
Nə deyim? Arzumdu yaşa kədərsiz!
Buda bir taledir, mən barışaram.
Necə ki, sevmişəm belə qədərsiz,
Unudum vəfasız, mən çalışaram.

Görəsən bu eşqi silə bilərəm?
Qəlbimdə yara var, amma şəfasız.
Demişdim həsrətdən ölə bilərəm,
Hələ gecikirsən, niyə vəfasız?


Tarix: 27.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 334 Bölmə: Sevgi şerləri