beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl idi

Həmişə qısqandım gözəl günləri...
Gözəl olan nə varsa,yaşanmış hamısı sən idin…
Acılar belə gözəl idi səninlə...
Səninlə ağlamaqda gözəl idi,dodaq bükməkdə...
Sən yanımda olanda hər şeyi unudurdum…
Unutmaqda gözəl idi...
İçimdə əzilən "indi nə olacaq" fikirlərini beynimə sual verə bilmirdim...
Rahat buraxmaqda gözəl idi bir şeyləri...
Hər yerimdə,sən,var idin...
Sən olurdu kor baxdığım hər şey...
Bu sevməkdi?...
Sevməkdisə gözəl idi…
İçində,sən,olan...
Sözlərində,sən,keçən...
Bu şəhərin hər yerində,sən,əsən nə varsa...
Acıda olsa səndən yana gözəl idi…
Sən,gözəl idin…
Sən,özəl idin…
Başdanbaşa,sən,qoxan...
Sonuna qədər,sən,yazan hər şey inan mənə gözəl idi...

Gecənin özünü hiss etdirdiyi o an var e...
İşığın son çırpınışı...
Qaranlığın arxasına sığınan,o,qorxaq şəhərdə yalnız və çarəsiz qaldığın an...
Bax o vaxtlarda harda olursa olsun,bir günəş kimi doğan gözlərinin ışıltısı da gözəl idi...
Yuxusuzluğa və qorxaqlığa fikir vermədən...
Sənin edə bildiklərini izləməyə doya bilmədən...
Boğazıma düyümlənircəsinə çarəsiz izlədiyim an...
Bax,o,an belə gözəl idi and içirəm...
Torpaq əzilməkdən sıxılıb,əzməyə çalışırdı...
Nə zaman əzməyə qalxsa,sən,keçərdin sevdamın yollarından...
Yağış ağlamaqdan sıxılırdı bəzi zaman...
Və nə zaman yağmağı buraxsa toprağın çatlamış üzü dəyərdi buludlara…
Buludlar,sən,olurdu və yağardı...
Əvvəlcə yaşam verirdi torpağa,sonra səni mənə…
Göyün üzü,sevdanın üzü,sən,yağışın üzü,sən…
Hər şey sənə bu qədər möhtackən...
"Mən,sənə,möhtacam" desəm...
Sən,yenə gizlədərdin,səni məndən?!...


Tarix: 03.12.2014 / 17:48 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Sevgi şerləri