beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatı səninlə sevdim ey gülüm

Həyatı səninlə sevdim ey gülüm
Dadsız həyatımın dadı sən oldun.
Məhəbbət yalandır düşünən zaman
Həqiqi sevgimin adı sən oldun!



Xoş gəldin ömrümə ey sevgi payım
Tanrının verdiyi mükafatımsan
Səninlə keçəydi hər ayım ilim
Sənsiz həyat deyil,sən həyatımsan!

Niyə sevdiyimi anlamıram mən
Əsl məhəbbətə bəhanə yoxdur
Bir şeyə əminəm sevgimlə bağlı
Dünyada mənim tək divanə yoxdu!


Xoş gəldin ömrümə başımın tacı
Gülüşü üzümü güldürən mələk
Sənsiz dərdlərimin olmaz əlacı
Dözməz həsrətinə dayanar ürək!


Xoş gəldin ömrümə bahar çiçəyim
Kaş duya biləydim sənin ətrini
Bu şeir sənindir gözəl mələyim
Sənə hısr etmişəm hər bir sətrini


Tarix: 27.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 277 Bölmə: Sevgi şerləri