Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nusret Kesemenli - Yasemen...

Sənə deyim dərdimi gÜl ağacı,

Kimiyə gÜl, kimiyə əl ağacı,
Sevənlərə eyhamlı dil ağacı,
Deyəcəkdim o gözələ nəsə mən,
KÜsÜb getdi, eşitmədi, yasəmən.

Dayansaydı, əllərim gÜl açardı,
GÜl dediyin məhəbbətə açardı,
İstəsəydi qanad açıb uçardım,
Qoşulardım işığa mən, səsə mən,
İstəmədi, istəmədi, yasəmən.

Sevincimi gözlərində apardı,
Gözlərimi izlərində apardı,
İzlərimi yollarından qopardı,
YÜyÜrÜrəm qəmə sarı kəsə mən,
O qız bilmir, barı sən bil, yasəmən.

O gözələ verəcəkdim səni mən,
Əllərində görəcəkdim səni mən,
Saçlarına hörəcəkdim səni mən,
Sən solduqca batmırammı yasa mən,
Bəlkə gəldi, hələ solma, yasəmən!

Bir yaz gÜnÜ ləçək-ləçək açıldın,
Kədər mənim, sevinc sənin bacındı.
Dərdim səni, əllərimdə uçundun;
Niyə girdim sevənlərlə bəhsə mən?
Bu suçumu sən bağışla, yasəmən.

Sən açıldın mənim ÜçÜn yaz deyil,
Məndən çiçək gözləyənlər az deyil,
GÜl vermərəm daha heç bir kəsə mən,
Sən çiçək aç, dərəcəklər, yasəmən...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Sevgi şerləri
loading...