beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O minlər içində bir tək idin sən

Heç kim sənin kimi ola bilmədi
Sən mənə hamıdan yaxın olmusan
Heç kimsə könlümü ala bilmədi
Sənsə ürəyimdə məskən salmısan.

Heç kim sənin kimi ola bilmədi
Mən səndən öyrəndim saf məhəbbəti
Adını qəlbimnən illər silmədi
Yəqin elə budur eşqin qüdrəti

Heç kim sənin kimi ola bilmədi
Mənimçün var olan mələk idin sən
Minlər yığılsa da yerin vermədi
O minlər içində bir tək idin sən

Heç kim sənin kimi ola bilmədi
Nə dostlar tanışlar nə bir başqası
Sənintək qəlbimə heç kim girmədi
Ey nəm gözlərimin soyuq damlası

Heç kim sənin kimi ola bilmədi
Üzümdə təbəssüm oyadardın sən
Sənsiz acılarım heç cür dinmədi
İndi gözlərimnən silinərmi qəm

Heç kim sənin kimi ola bilmədi
Sənin dəyərini biləydim gərək
Bil ki, başqasını gözüm görmədi
Sən sevgi bağçamda tənha bir çiçək


Tarix: 27.01.2015 / 11:31 Müəllif: Aziza Baxılıb: 199 Bölmə: Sevgi şerləri