beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən səni sevmədim ki , heç…

Mən səni sevmədim ki , heç
Həsrətinin içərimdə becərdiyi qəmi sevdim.
Mən səni sevmədim ki , heç…
gözləriinin gözlərimə keçirdiyi
qəmi sevdim.
Mən səni sevmədim ki , heç…
Məndən gizli içimə damlayan
gözyaşlarımı sevdim.
Məni görməyəndə unudub,
görəndə ağlayan
baxışlarını sevdim.
Mənsəni sevmədim ki , heç….
Ürəyimi sıxan kədəri ,
boğazımda düyümlənən qəhəri sevdim
Mən səni sevmədim ki , heç…
Sənsizliyin acısından göynəyən gecəni ,
vüsalına açılan səhəri sevdim.
Mən səni sevmədim ki , heç..
Sən baxdığın göyləri ,
sən gəzdiyin sahili
sən sevdiyin şəhəri sevdim.
Mən səni sevmədim ki , heç..
Gözündəki şəklimi ,
qəlbindəki məni sevdim.
Mən səni sevmədim ki , heç …
Mən məni sevəni sevdim


Tarix: 26.12.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Sevgi şerləri