beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə bağışladım

Qəlbimdəki məhəbbəti,
Ürəyimdən də xəlvəti,
Mən necə edib cürəti,
Onu sənə bağışladım.

Ömrün ən gözəl anını,
Unudub, yadda qalanı,
Bu sevgiyə aldananı,
Onu sənə bağışladım.

Məhəbbət hədiyyə deyil,
Xatirədir hər ay, hər il.
Sən özgə ürəkdə sevil,
Onu sənə bağışladım.

Çoxlu söz- söhbət gəzirdi,
Bilənlər, dodaq büzürdü.
Daş ürəyin var, dözürdü,
Onu sənə bağışladım…


Tarix: 26.12.2014 / 14:29 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Sevgi şerləri