beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevmək olmur...

Dedin ki, yenə sev məni,
Axı yenə sevmək olmur.
Bir söz ürəkdən gəlirsə,
Onu bir də demək olmur.

Ağır daşa dönsə ürək,
Xəyanətə söykənərək.
Qoy ağlasın, kövrələrək,
Ona sevgi kömək olmur.

Təbəssüm də yalan olur,
Ürəyi aldadan olur.
Zəhəri bal dadan olur,
Şirinliyin bilmək olmur.


Tarix: 26.12.2014 / 14:28 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Sevgi şerləri