beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

♥Mən oLmuşam♥ •Fərhat Əmircanlı•

O, qızın hər vaxt həmdəmi,
Mən olmuşam mən olmuşam.
Bir qızın eşqində dəli,
Mən olmuşam mən olmuşam♥

Mən olmuşam düzünü deyən,
Eşqlə dolu gözünü deyən,
“Səni sevirəm” sözünü deyən,
Mən olmuşam mən olmuşam♥

Kimisi gülər və yorular,
Çətin ki, sözlərimi qanar,
Bu yaşda aşiq kim olar ?!
Mən olmuşam mən olmuşam♥

Ferhatdı aşiqini sevən,
Qayıtmayır bir gün gedən!
Bu eşqdən sıxılıb bezən,
Mən olmuşam mən olmuşam♥


Tarix: 26.12.2014 / 14:09 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Sevgi şerləri