beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənsiz qalmışam

Gözlərimə çökdü duman,
Xoşbəxtliyə yoxdur güman.
Ay məndən məhəbbət uman,
Sənsiz qalmışam mən indi.

Tənhalığın otağında,
Xatirələr qucağında.
Həsrətinin ocağında,
Sənsiz qalmışam mən indi.

Gözlərimə gəlir cismin,
Dodağıma gəlir ismin.
Xəyalıma gəlir rəsmin,
Sənsiz qalmışam mən indi.

Ömrüm əzabla ötüşür,
Baharım qışla görüşür.
Saçlarıma da dən düşür,
Sənsiz qalmışam mən indi.

Mənim de nədir günahım,
Göylərə qalxıbdır ahım.
Açılmır sənsiz sabahım,
Sənsiz qalmışam mən indi.

Zülmət gecə məni boğur,
Ömrüm, günüm sənsiz solur.
Qəlbim hicrana qul olur.
Sənsiz qalmışam mən indi.

Donub san ki, zalım zaman,
Üzür ürəyimi hicran,
Çoxmu çəkəcək bu aman?
Sənsiz qalmışam mən indi.


Tarix: 26.12.2014 / 13:04 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Sevgi şerləri