beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O da düşünürmü görəsən məni?

Xəyali gələndə gözümə birdən,
Edir xoşbəxt məni, edir şən məni,
Bir onu biləydim ilahi, hərdən-
O da düşünürmü görəsən məni?!
Əzabim bir deyil, beş deyil, mindir.
Bizi qisqananlar yaman sevindi.
Görəsən hardadir, necədir indi?
Baxanda mən sənli rəsmlərə hər,
Keçir gözlərimin önündən nələr,
Onu xatirladir mənə bu şəhər.
O da düşünürmü görəsən məni?1
Donub ürəyimiz, bağlayibdi buz,
Həyat acimasiz , əzabi sonsuz,
Mən çox darixiram,bədbaxtam onsuz,
O da düşünürmü görəsən məni?!
Onu unutmaği öyrənim necə?
Ağlimda,fikrimdə o var sadəcə,
Onu düşünürəm hərgün, hər gecə,
O da düşünürmü görəsən məni?!


Tarix: 26.12.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Sevgi şerləri