beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəbbət duyğusu

Duyğular içində, hisslər içində,
Məhəbbət adlanan ülvi duyğu var.
Sən onu duymayıb, ömrün keçəndə,
Həmişə gözlərin yollarda qalar.

O, iki ürəyin birgə vurması,
Birgə nəfəs alıb, yaşamasıdır.
Gözlərin baxışı, dilin susması,
Ürəyin ürəkçün darıxmasıdır.

O, sevən qəlbllərin həm sədaqəti,
Gözləyən gözlərin son həsrətidir.
Darıxan ürəyin qəmi, möhnəti,
Sevən ürəklərin səadətidir.

Məhəbbətin gücü bilinir məncə,
Sevdiyin o insan olsa uzaqda.
Ürəyin sevinir, onu görüncə,
O, daha qalmayır səsdə, soraqda.


Tarix: 26.12.2014 / 12:37 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Sevgi şerləri