beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dönmədin...

Sən getdin sənsiz sevgimə yas saxladım,
Arxanca sənin hönkür-hönkür ağladım.
Sən geri gələn günə ümid bağladım,
Amma sən geriyə qayıdıb dönmədin.

Sənsiz tək qaldım dörd divar arasında,
Həsrətin, hicranın odlu qucağında.
Gözlərimdə qaldı sonsuz yollarında,
Amma sən geriyə qayıdıb dönmədin.

Sənsiz oldum mən bu dünyada divanə,
Evim oldu mənim bomboş bir viranə.
Gəzdim bu cahanı tənha mən biganə,
Amma sən geriyə qayıdıb dönmədin.

Söylə sevdiciyim sənə mən neylədim,
Sanırdım ki, tək sənsən mənim gərəyim.
Səninçün də döyünürdü bu ürəyim,
Amma sən geriyə qayıdıb dönmədin.

Neyləyim qara bəxtim belədi mənim,
Bu yazımdı bu da taleyimdi mənim.
Yoxdur olmayacaq da sənsiz həmdəmim,
Amma sən geriyə qayıdıb dönmədin.

Həsrətindən od tutub alışıb, yandım,
Səni gözləməkdən gül kimi saraldım.
Hər bir şıqqıltını da gəlişin sandım,
Amma sən geriyə qayıdıb dönmədin.

Qürurum qoymaz diz çöküm mən alçalım,
Geriyə dön deyib, sənə mən yalvarım.
Bir gün geri gələcəksən, qoy mən ele sanım,
Amma sən geriyə qayıdıb dönmədin.


Tarix: 26.12.2014 / 12:36 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Sevgi şerləri