beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarmonlu dünyam

Sənsizliyi gəl sənə öz qarmonum danışsın
Qəmli musiqi səsi göz yaşına qarışsın.
Ağlama indi isə sus,qoy qarmonum alışsın
O qədər alışıb ki,çətin sənlə barışsın.

Barmaqlarım hey gəzir yanmış qara dillərdə
Yandıqca alışdıqca həmdəm olur o dərdə
Səni Sevirəm sözü qaldı keçmiş illərdə
Sönməz bu həsrət odu sönməz keçsə illər də.

Gecə tuturam dərddən səmaya ucalıram
Fikir girdi beynimə bilmirəm heç hardayam
Istəmirəm mən sənin ürəyini dağlayam
Düşündükcə mən səni utanıram ağlayam.


Tarix: 26.12.2014 / 12:31 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Sevgi şerləri