beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevərsənmi...

Eşqimiz sığmayır nə yer, nə göyə
Sən döndün qəlbimdə solmaz çiçəyə
Bu qısa ömrümüz bir keçsin deyə
Məni sonsuzadək sevərsənmi sən?

Səninlə keçsin qoy hər günüm, ilim
Öləndə qoynunda öldüyümü bilim
Hər şeyə, hər kəsə inad sevgilim
Məni sonsuzadək sevərsənmi sən?

Həyata bağlandım səni sevərək
Səni hiss edərək, səni görərək
Bu çətin günlərə sinə gərərək
Məni sonsuzadək sevərsənmi sən?

Bizə aid olan çox xəyalım var
Eşqlə dolub-daşan dəryalarım var
Cavab istədiyim bir sualım var
Məni sonsuzadək sevərsənmi sən?


Tarix: 26.12.2014 / 12:17 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Sevgi şerləri