beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qismətimizmiş...

Dedim : ey gül yaşadır qəlbim inan bircə səni,
Dedi : səntək bilirəm sevməyib heç kimsə məni.

Dedim : onda niyə bəs hicrana təslim oluruq ?
Dedi : bitmiş daha bax fəsli-bahar,biz soluruq.

Dedim : olmaz məni tək qoyma bu dünyada belə,
Dedi : gəncsən,görəcək sevgilərin vardır hələ.

Dedim : eşq bağçasında bir eşqin də ömrü solur,
Dedi : hər sevgi inan ayrılığa məhkum olur.

Dedim : heç çıxmadıq ki,sahib axı sevgimizə,
Dedi : hicrandı inan dünyada tək çarə bizə.

Dedim : ey gül dözə bilməz ki, bu hicrana ürək !
Dedi : Şair, nə edim qismətimizmiş bu demək.


Tarix: 26.12.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Sevgi şerləri