beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəhanəsiz get..

İnciyib gedirsən mənim ömrümdən,
Əgər gedirsənsə bəhanəsiz get.
Nə mənə böhtan at, nə də qara yax,
Saf bir insan kimi bəhanəsiz get.

Çıx get arzu, istəklərimi yıxıb,
Çıx get ümidimi köksümdə sıxıb.
Çıx get mənim sevgi dünyamı yıxıb,
Çıxıb gedəndə də bəhanəsiz get.

Onu bil daha düşmüsən gözümdən,
Maskanı çıxart o artist üzündən,
Bir kabus kimi silin sən gözümdən.
Həyatımı tərk et, bəhanəsiz get.

Bu roldan çıx, son qoy artistliyinə,
Bu hiylələr bil daha keçməz mənə.
Bu sözü son dəfə deyirəm sənə,
Əgər gedirsənsə bəhanəsiz get.


Tarix: 26.12.2014 / 12:00 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Sevgi şerləri