beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xallı papaq

Ağ gödəkçə xallı papaq başında
Elə qaldı sevgilim yaddaşımda
Onu sevdim düz mən 14 yaşımda
Gecələri güclə edirdim səhər
Onu görmədiyim gün olurdum mən birtəhər

Dedilər ki, məktəb olub iki növbə
Sən gündüzsən o oxuyur səhər növbə
Hər gün bir az tez gedirdim məktəbə mən
O gözəlin üzün görüm heç olmazsa bir azca mən

Məktəbini yarıda o vurdu başa
Həsrət qaldım o gözəlin üzünə mən
Xeyli müddət keçdi toyda onu gördüm mən
Deyə bilmədim səni hələ sevirəm mən

Ey Allahım onu mənə qismət eylə dediyimdə
Nə bilərdim onu sevir bir başqası ürəyində
Hərbidəydim zəng olundu bir gün mənə
Sevdiyin qızı verdilər özgəsinə

Eşitmişəm səni məcbur verməyiblər ərə
Məni dəyişmisən pullu sevgilinə
Eybi yox sən ki, məni dəyişdin özgəsinə
Heç olmasa qiymət ver yanında olan sevgilinə
Sonluğda bir söz də deyim salam söylə sevgilinə


Tarix: 25.12.2014 / 16:05 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Sevgi şerləri