beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərdim də qəmim də artdi o gündən.....

Bir gün bir cüt baxış ovdu qəlbimi

Elə bil röyadan oyatdı məni.

Bir sirli aləmə apardı atdı,

Dərdim də, qəmim də o gündən artdı.

Hər səhər oyandım bir cüt baxışla,

Xəyallar başladı, bitdi nağılla

Qəlbimdə məhəbbət kök atdı, qalxdı,

G304;FLER

Dərdim də, qəmim də o gündən artdı.

Ulduzlu göylərə açdim eşqimi,

Soruşdum - tapdığım səadətdirmi?-

Buludlar ağladı, yağışlar atdı,

Dərdim də, qəmim də o gündən artdı.

Sevməkdən çətinmiş səni sevməmək

Yanarmış sevənlər demə mənimtək.

Ürəyim sevgiyə qultək satıldı,

Dərdim də, qəmim də o gündən artdı


Tarix: 04.12.2014 / 14:19 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Sevgi şerləri