beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Susmagi secdin ve Men indi seni susaraq unuduram..

Sən mənimsən” deyil də, “Mən sənə aidəm” desəydin,
başqa yerlərdə olsan da varlığını hiss edə bilərdim bəlkə...
Söyləmədin ki...

“Sənin üçün hər çətinliklərlə savaşaram” deyil də, “Səndən gələn heç bir şey çətin deyil” desəydin,
inanardım ürəyinin sadəcə mənə aid olduğuna...
Söyləmədin ki...

“Sən olmadan yaşaya bilmərəm” deyil də, “Sənsizlik deyə bir şey yox, sən var olmasan da mənimləsən” desəydin,
inanardım sevginin sonsuzluğuna...
Söyləmədin ki...

“Sən mənim yuxumsan” deyil də, “Gerçəkləşən röyamsan” desəydin,
uzaqda da olsam, yaşadardım bu gerçəyi səndə...
Söyləmədin ki...

“Sən mənim ruh ekizimsən” deyil də, “Sən əslində Mənsən” desəydin,
yoxluğunda da davam etdirərdim sən olmağı...
Söyləmədin ki...

“Səni sevirəm” deyil də, “Səni həmişə sevəcəyəm” desəydin,
yalan da olsa sevgin, inanardım mənə bir gün dönəcəyinə...
Söyləmədin ki...

“Sənsiz çox darıxıram” deyil də, “Sənsiz darıxmaq belə gözəldir” desəydin,
ayrı da olsaq, inanardım məni ürəyində hər dəm yaşatdığına...
Söyləmədin ki...

“Sən mənim üçün çox dəyərlisən” deyil də, “Dəyərli olan hər şey səndə gizlidir” desəydin,
özümü indi belə ucuz hiss etməzdim...
Söyləmədin ki...

“Bir gün bitəcək” deməsəydin də, “Əslində səni heç sevməmişəm!” desəydin,
Ən azı dəliqanlı birini yaşadardım ürəyimdə...
Amma etmədin ki... Onu bele etmedin.. Susdun.. Susmagi secdin ve Men indi seni susaraq unuduram..


Tarix: 03.12.2014 / 17:47 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Sevgi şerləri