beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəssam sevgilimin rəsmini gəl çək

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir sən də gözəl çək
Nazına çatanda fırçadan əl çək
Qoy onun nazını mən özüm çəkim...

Çək onun qaradan qara telini
Çək rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən çəkim

Çək tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim


Tarix: 22.11.2014 / 23:14 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Sevgi şerləri