beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görünmə Gözümə...

Görünmə gözümə bir də görünmə,
Sən başqa aləmsən, mən başqa aləm,
Artıq unutmuşam məhəbbətimi,
Görünmür güzümə nə sevinc, nə qəm,
Sən başqa aləmsən, mən başqa aləm.
Görünmə gözümə bir də görünmə,
Sanım o günlərim şirin röyaymış,
Nağıl aləmində yaşayırmışam,
Əlçatmaz, ünyetməz sirli dünyaymış,
Sanım o günlərim şirin röyaymış.
Görünmə gözümə bir də görünmə,
Səni qarğımağa qıymıram axı,
İndi bu viranə qalan könlümə,
Heç xəyalını da qoymuram axı,
Səni qarğımağa qıymıram axı.
Görünmə gözümə bir də görünmə,
Sən özgə qisməti, özgə baxtısan,
Allahın yazısı beləymiş yəqin,
Özgə sarayısan, özgə taxtısan,
Sən özgə qisməti, özgə baxtısan.
Görünmə gözümə bir də görünmə,
Ömrün payız fəsli, xəzan çağıyam,
Könlüm asimansız zülmət gecədir,
Özüm öz qəlbimdə qəm düstağıyam,
Ömrün payız fəsli, xəzan çağıyam.
Görünmə gözümə bir də görünmə,
Dünyada tək bircə sənə möhtacdım,
Uca bir dağ idim zirvəsi qarlı,
Dumana möhtacdım, çənə möhtacdım,
Dünyada tək bircə sənə möhtacdım.


Tarix: 25.11.2014 / 13:46 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Sevgi şerləri