Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hele Vaxti Deyil Bu Ayriligin

Eşq ocağı külə dönüb hər kəsin,
Xəyalımda sənin canlanır səsin,
Yanımdasan hələ gəlir nəfəsin,
Hələ vaxtı deyil bu ayrılığın...
Sevinci mənimlə paylaşmasanda,
Özgə qanadlarla qanad açsanda,
Nə qədər cəhd edib məndən qaçsanda,
Hələ vaxtı deyil bu ayrılığın..
Mənasız yaşanır hər günüm sənsiz,
Gündüzlər həvəssiz, gecə həvəssiz,
Özümə qapanıb qalsamda sənsiz
Hələ vaxtı deyil bu ayrılığın...
Neynəyək ki biz yenidən qovuşaq,
Eşq odunda alovlanıb alışaq,
Gel sevgilim sevgimizlə barışaq,
Hələ vaxtı deyil bu ayrılığın..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Sevgi şerləri
loading...