beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni sevirəm....

Tez böyüdü bu sevgi
Qabağında dur indi
Balaca bir köz idi
Oddur,alovdur indi.

Mən hardan bilərdim ki,
Sevgi ağır yük olar?!
Bir ürəyə sığışan
Bu qədər böyük olar?!

Sevmək üzdə təbəssüm
Dilin altda qənd imiş
"Səni sevirəm" sözü
Müqəddəs bir and imiş.

Göz dəyər sevgimizə
Ətrafda göz izi var
Qoy üzərlik yandırım
Düşər düşməzi olar


Tarix: 22.11.2014 / 23:14 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Sevgi şerləri