beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sahile Doğru [Nüsret Hesen]

SAHİLƏ DOĞRU
( Nüsret Hesen )

Mehebbet denizdir sevgimiz gemi.
Dalğalar ayrılıq getiren ağrı.
Bu günden deyesen dadacam qemi.
Yol aldı gemimiz sahile doğru.
***
Men ki istemedim bele ayrılıq.
Kim arzu eder ki gele ayrılıq.
Atdı sevgimizi sele ayrılıq.
Yol aldı gemimiz sahile doğru.
***
Tanıya bilmirem sevdiyim kesi.
Ele bil qelbine girib özgesi.
Daha gelmeyecek quşların sesi.
Yol aldı gemimiz sahile doğru.
***
Xoşbextlik adası görünmür göze.
Ehtiyac qalmadı elave söze.
Daha bu denizde yer yoxdu bize.
Yol aldı gemimiz sahile doğru.

Müellif: Nüsret Hesen

~~~~ __¶_¶_¶_
_____// _|_|_|_\\______
\____________________/
`````````````````````````

oğrulayan, başqa saytlara kopyalayan namusuzdu, oxuculardan üzr isteyirem.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 210 Bölmə: Sevgi şerləri