beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Seni Unuda Bilmirem Efsus...N.H

[ Nüsret Hesen ]
***
Özüne behane axtarma gülüm.
Yorma öz dilini, yalvarıram sus...
Qarışıq yuxu tek unutdun meni.
Men seni unuda bilmirem efsus.
***
Özümü unutdum, sene inandım.
Senin xeyalınla yatıb, oyandım.
Sevgimiz ebedi yaşayar sandım.
Ne tez unutmusan, meni, şüursuz?!
Men seni unuda bilmirem efsus.
***
Bilmirsen dünyanın harasındayam.
Atılan aşiqler sırasındayam.
Ele bil dörd divar arasındayam.
Olmuşam bu eşqin elinde mehbus.
Men seni unuda bilmirem efsus.
***
Yadıma ayrılıq salmayacaqdım.
Sen meni soldurdun, solmayacaqdım.
Belke de men şair olmayacaqdım.
Yazdığım şeirler, tek sene mexsus.
Men seni unuda bilmirem efsus.
***
Günahlar yazılır savabdan ayrı.
Qaldı suallarım cavabdan ayrı.
Sen mene ne verdin ezabdan ayrı?
Seni sevdiyime olsam da meyus.
Men seni unuda bilmirem efsus.
Men seni unuda bilmirem efsus.
***
müellif: Nüsret Hesen

(başqa saytlara kopyalayan atasini tanımır. Oxucular bağışlasın, oğrular tenge getirib)


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 291 Bölmə: Sevgi şerləri