beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gelseydin

Gəlsəydin ...
Bahar olacaqdı... demişdim, yaşıl geyəcəkdi hər gül hər çiçək.
Yox gülüm!
Gül yox... Çiçək də yox
axı kimi sevəcək?! kimi səsləyəcək? Hər gecə günəşin gedən zamanı...
Sənli gəlib sənsiz gedən bu yazı, baharı
Kim sevəcək?

***

Gəlsəydin...
Sabah olacaqmış qırmızı pəncərələrdə.
Kim bilir harda
Sabah da darda
Saat da darda
Gəlsəydin... gəlsəydin...
Dönüb öz ruhundan lap da mələk ola bilsəydin
Oyada bilməyəcəkdin sən
Yatmış taleyi
Dirinin gözündə ölü görsənən batmış taleyi

***

Gəlsəydin...
Qüssə də, kədər də, qəm də
Bitəcəkmiş sən gələn dəmdə
Gözümün bir gülüş borcu variymış
Səsimin bir qurtuluş...
Bitən deyilki,
Hər addım yerində əkdiyin bu dərd itən deyilki
Sən mənim üçün hətta ölsəydin
Gəlsəydin... Gəlsəydin...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 97 Bölmə: Sevgi şerləri