beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Men Dine Bildim,ne Sen Daniwdin (xelik Adigozel

Mənsiz bir an belə dözə bilməyən,
Bu mənsiz illərə necə alışdın?
Axır ki, üz-üzə gəldik səninlə,
Nə mən dinə bildim,nə sən danışdın! Dünya da elə bil döndü tərsinə,
Bu qədər həsrətə dözərmi sinə?
Az qaldı daşlar da dil açıb dinə,
Nə mən dinə bildim,nənsən danışdın! Fərhad da bu dərdi çəkəmməzdi heç,
Dərdimi qəlbimdən sökəmməzdi heç,
Bizim ki,sözümüz tükənməzdi heç,
Nə mən dinə bildim,nə sən danışdın! Çilə ürəyinə su səssizliyin,
Əlini, üzünü yu səssizliyin,
Baş əydik önündə bu səssizliyin,
Nə mən dinə bildim,nə sən danışdın! Bu eşqin közündə qızışmalıydıq,
Onun istisinə alışmalıydıq,
Bu çətin olsa da danışmalıydıq,
Nə mən dinə bildim,nə sən danışdın! Mənsiz bir an belə dözə bilməyən,
Bu mənsiz illərə necə alışdın?
Axır ki, üz-üzə gəldik səninlə,
Nə mən dinə bildim,nə sən danışdın..


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 27 Bölmə: Sevgi şerləri