beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicran Ezabinda Tenha Geceler...

Hicran ezabinda tənha gecələr,
Cavab tapmadiğim suallarimsan.
Dünənim, sabahim, ölənə qədər
Sən mənim bitməyən xəyallarimsan...
Həsrətin qəlbimi çox incitsədə,
Dözməyə borcluyam inam itsədə. Nəfəsim getsədə, ömrüm bitsədə,
Sən mənim bitməyən xəyallarimsan Nə
üzün görmürəm, nə də səsində
Qoymadin vüsalin nişanəsində,
Bitməyən əzablar əhatəsində,
Sən mənim bitməyən xəyallarimsan Sənə susamişam səhratək, çöltək
Sensizlik odunda yanmişam kültək
Şoran torpağlarda bitməyən gültək
Sən mənim bitməyən xəyallarimsan

Müəllif Şəhriyar İbrahimov


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 37 Bölmə: Sevgi şerləri