beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Sevirem...

Mən hərfləri sevirəm - amma
hamısını
deyil, bir yerə
toplandığında sənin adını yazan
hərfləri. Mən rəqəmləri sevirəm -
amma
hamısını deyil, bir yerə
toplandığında sənin telefon
nömrəni əmələ gətirən
rəqəmləri. Mən telefonumu
sevirəm -
lakin həmişə yox, sənin
səsini mənə eşitdirəndə,
mesajlarını
mənə gətirəndə. Mən yolları
sevirəm -
sənin keçdiyin yolları, məni sənə
gətirən, səni mənə gətirən yolları.
Mən
günləri sevirəm - amma hamısını
deyil,
səni
gördüyüm, səsini duyduğun, o
gözəl
gözlərinə
baxdığım günləri. Mən
gülümsəməyi sevirəm - amma
sənə
gülümsəyəndə mənim üçün
gülümsəmə deyilən
məfhum daha gözəl olur. Mən
göyləri
sevirəm - çünki, ikimiz də eyni
səma
altında yaşayırıq. Mən dünyanı
sevirəm - çünki, bu dünyada bir
birimizə rast gəlmişik. Mən yazını
sevirəm - çünki vəzifəni
müvəqqəti
mənə
həvalə etdiyin haqda zarafatyana
yazın
mənimlədir .... hər gün öpüb
əzizləyirəm.... Mən
səninlə bağlı olan hər şeyi
sevirəm hər
şeyi....
Lakin daha çox sevdiyim var... Qoy
hərflər, rəqəmlər,
telefonum, yollar, günlər, gülüş,
göylər, dünya, yazın
məndən inciməsin... Mən onları
SƏNİ
sevdiyim üçün sevirəm......
Mən SƏNİ sevirəm..
SƏNİ sevirəm......


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri