beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Afaq Sixli- Bir Gun Ele Susaram Ki...

Belke men çox danışıram,
Usanırsan sözlerimden...
Onda niye oxumursan
Hisslerimi gözlerimden?

Belke men çox danışıram,
Sen bezirsen, darılırsan...
Belke ele xeyalında
Bir özgeye sarılırsan?!

Seviremse, nece susum?
Sen susduğun yeter mene..
İçimdeki duyğularım
Dile gelir döne-döne...

Uzaqlaşma, deniz sebrim
Bir gün qalar damla qeder..
Bir gün sene şirin geler
Xor baxdığın o kelmeler...

Bir gün ele susaram ki,
Çox görerem bir sözü men..
Bir gün ele susaram ki,
Kar olarsan sessizlikden...!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi şerləri