beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gecegözlüm

Çıx daha qürurun cazibesinden,
Bu ebes oyunu kes, gecegözlüm.
Sınıq üreyimin penceresinden,
Külek ol, içime es, gecegözlüm.

Es menim içime, dol üreyime
Çek qara gözünle yol üreyime.
Dağıt ortadaki buzdan qefesi,
Yansın baxişlarin temas nöqtesi,
Meni baxışınla ez, gecegözlüm.

Bu zülmet gecede yansın baxışlar,
Od düşsün geceye, qoy yansın gece.
Aç qara gözünü ay gecegözlüm,
Qoy qara gözünden utansın gece...

Meni gözlerinle elimden alıb,
O gece gözünün içine salıb,
Yumma gözlerini ay gecegözlüm.
Saxlama gözünün esaretinde,
O qara gözünün göz zülmetinde,
Itirme yolumu, azdırma meni.
Ahınla yandırma, qızdırma meni...

Alışdır gözümü közünde senin,
Közünden ver mene pay, gecegözlüm.
Yatmağa gelirem gözünde senin,
Yer saxla gözünde ay gecegözlüm...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 120 Bölmə: Sevgi şerləri