beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Men Xosbext Deyilemki..." (Xezer Suleymanli).

Mən xoşbəxt deyiləm ki...
Sadəcə xoşbəxt kimi,
Görünürəm əzizim... Yaşaya bilmirəm ki...
Yaşamağa can atıb,
Sürünürəm əzizim... Bu yaşamaq deyil ki?!
Sənsizlik elə bil ki,
Qanadları qırılan,
Zirvələrdən atılan,
Quş olmaqdır əzizim... İçin-için ağlayıb,
Boşalmaqdır əzizim...
Bu yaşamaq deyil ki?! Getməyinə səbəb var...
Məndən uzaqlaşırsan,
Sonuma cixmaq üçün... Mənsə vaxt ayırmışam,
Bir az səni düşünmək,
Bir az darıxmaq üçün... Səndən sonra dedilər,
Ağlını yiğ başına,
Get özünə gün ağla...
Mən də əməl edirəm...
İndi keçir hər günüm,
Hər gecəm ağlamaqla... Bu yaşamaq deyil ki...
Yaşayan adam kimi,
Görünməkdir əzizim... Əslində bunun adı,
Sürünməkdir əzizim


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi şerləri