beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevdim onu verdim ürek.
Min bir beladan bixeber.
Yarım mene gelmiş kelek.
Derdim devadan bixeber.
***
Uşaq kimi tez inandım.
Eşq-mehebbet doğru sandım.
Men yarımdan sefa umdum.
Yarım vefadan bixeber.
***
Ne sehv etdi efv eyledim.
Öz ömrümü mehv eyledim.
Men ne böyük sehv eyledim?!
Sevdim cefadan bixeber.
***
Yar üzüme güle-güle.
Eceb mene qurmuş tele.
Cismim sağlam olsa bele.
Könlüm şefadan bixeber.
***
Nur olsa da benizinde.
Yalan varmış her sözünde.
Üzdüm sevgi denizinde.
Daşdan-qayadan bixeber.
***
şeirin müellifi: Nüsret Hesen


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 158 Bölmə: Sevgi şerləri