beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SƏNİ SEVDİYİMİ NECƏ UNUTDUN?

NECƏ UNUTDUN?
(Nüsret HESEN)
***
Sənə öz sevgimi hədiyyə etdim.
Böyük hədiyyəmi ucuzmu tutdun? Aşiqlər yarını unuda bilməz.
Səni sevdiyimi necə unutdun?
***
Getsəydin yenə də getdi sayardım.
Bütün hisslərimə nöqtə qoyardım. Özümü unutsan bağışlayardım
Səni sevdiyimi necə unutdun?
***
Bir təhər dözərəm dayanaram mən. Nəhayət sevgidən usanaram mən.
Adımı unutsan inanaram mən.
Səni sevdiyimi necə unutdun?
***
Sevgimi unutdun budur istirab.
Sən də unudulub çəkərsən əzab.
Düşün sualımı söylə bir cavab.
Səni sevdiyimi necə unutdun?
***

müellifsiz kopyalayan özünü tanımır!

Oxuyan her kese teşekkür edirem.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 86 Bölmə: Sevgi şerləri