beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeberin Yox

Söz vermişdin,sən mənim olacaqdın,
Həyatını mənlə başa vuracaqdın.
Qəmimi,kədərimi sən alacaqdın,
Elə qəmi mənə sən verdin,xəbərin yox...

Alacaqdın kədərimi,verəcəkdin xoşbəxtliyi,
Yaşatmayacaqdın mənə o çətin sənsizliyi.
Bəzəyəcəkdin bu tənha gəncliyimi,
Qocaltdın bir anda məni,xəbərin yox...

Neyləyim bundan sonra mən səndən başqasını?
Sevgim səndən üstünmüş,aldın məndən canımı,
Dedin:”Doldurdun yalanla ömrümün hər anını!”
Yalanın ən böyüyünü sən demisən,xəbərin yox…

Sənə həyatım dedim,həyatıma dəyməzsən!
Sənə sevgimi verdim,qədrini sən bilməzsən!
Sənsizliyin həsrəti məni yandırdı,görməzsən,
Gözlərin bağlıdır,amma sənin heç xəbərin yox!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 73 Bölmə: Sevgi şerləri