beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ne Bileydim Belesen...

Öz qapını özün çırpdın üzünə,
Deyirsən döz, nə gəlibdir dözümə.
Ağlasam da, səsim yetmir özümə,
Hayqırırsan... dönüb suya, selə sən,
Nə biləydim, nə biləydim beləsən.

Tanrının da heç insafı yoxuymuş,
İnsaf azmış, insaf sözü çoxuymuş.
Sənli günlər nə şirin bir yuxuymuş
Gözlərimdən düşdün gilə-gilə sən,
Nə biləydim, nə biləydim beləsən.

Bu yollarda görünmədi yüksəliş,
Bir ürəyə nə çoxmuş gediş-gəliş,
Demə, sevgim qəlbinə bir yük imiş,
Məni atdın sənsiz aya, ilə sən.
Nə biləydim, nə biləydim beləsən.

Daha xumar gözlərində yox yuvam,
Gözümü də birtəhər ovudaram.
Unudaram, mən səni unudaram.
Səadəti uçurmusan elə sən...
Nə biləydim, nə biləydim beləsən


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 61 Bölmə: Sevgi şerləri