beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xatirla...

Xeyalim kolge tek seni izlesin
Baxdığın üzlərdə məni xatırla.
“Bəlkə zəng edəcəm”, – təsəllin olsun
Hər zəngin səsində məni xatırla.

Göylərdə buludlar qara olduqca
Yoxluğum gözündə yağmur yağdıqca.
İntizar alovu alovlandıqca
Acının özündə məni xatırla.

Demə ki, unuda bilərsən məni,
Ürək unudarmı axı sevəni?!
Həsrətin rüzgarı buraxmaz səni,
Bakı küləyində məni xatırla.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 78 Bölmə: Sevgi şerləri