beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Senin Kolgen...

Tez-tez bu şəhərdə aldanır gözüm,
sən donda görükür gözümə qızlar.
Bəlkə parça-parça doğrayıb-kəsib
kölgəndən don tikib özünə qızlar.

Kölgənə nə qədər əllər uzanır,
o küncə-bu küncə qısılır kölgən.
Aylar ötüb keçir, illər uzanır,
günbəgün gödəlir, qısalır kölgən.
Kölgən qısaldıqca
uzaqlaşırsan,
Bəlkə də, hardasa çılpaqlaşırsan.

Beləcə sən məndən, mən səndən uzaq
ölüncə yaşarıq tək-tək
dünyada.
Hələ bircə qarış kölgən qalıbsa,
mən qərib deyiləm, demək, dünyada.

Bir gün sən hardasa dil-dil ötəndə
son sözüm kölgənə yazılar sənin.
Kaş ki, vaxt bitəndə, əcəl yetəndə
qəbrimi kölgəndə qazalar sənin...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 30 Bölmə: Sevgi şerləri