beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unutmaq Isterem...!

Unutmaq istərəm!
Özüm özümdən,
Bir daha ayrılıb haçalanmayım.
Gecələr yatıram bir fikirlə mən:
Səni düşünməyim, səni anmayım.

Bu elə qayğı ki, bu elə qəm ki,
Azdırar yüz illik yolundan səni.
Səhər də, axşam da düşünürəm ki,
Gərək düşünməyəm heç zaman səni.

Unudar fikirdə, xəyalda, təkcə
Unutmaz ürəkdə sevən sevəni.
Mən özüm özümə "unut!" dedikcə,
Özümü unudub tapıram səni...

"Unudum" deyirəm, ancaq nə fayda?!
Yadımdan çıxmamış düşürsən yada.
Eşqimin odunu söndürə bilmir,
Qəzəbim sel kimi aşıb-daşsa da.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Sevgi şerləri