Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Bextiyar Vahabzade - Men Yandim, Sen Isindin...

Ürəyimdən keçəndən
Düşmədinmi duyuq sən?
Səndən cavab gözlədim,
Nə "hə" dedin, nə "yox" sən.

Dedim: - Susma, danış, din,
Nə danışdIn, nə dindin.
Məhəbbətin oduna
Mən yandım, sən isindin.

Dillənsənə, sevgilim,
Mən nə daşam, nə dəmir.
Min il də gözləyərdim,
Axı, ömür gözləmir.

Sükutunla durmusan
Ürəyimin qəsdinə.
Söylə, susan sevgilim,
Bu sükutun qəsdi nə?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Sevgi şerləri
loading...