beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aqsin Yenisey - Bagisla

Sənə məktub yazıram
Yazıram ki,
bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar.

Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən..
pinti olur
Yalqızların yatağı.

Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy.

Çirkli ayaqqabılar...
Dibi yanmış qazança...
Bir qırıq da ümid var
...qayıdacaq haçansa...

Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi.

Hələ bunun gecələr
içib ağlamağı var,
saçın daramamağı
saqqal saxlamağı var.

Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək.

Dərd ağır, hava da pis.
Ara vermir yağışlar.
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Sevgi şerləri