beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzaq Olan Qız!

Həsrətin saçımın dənin artırıb,
Qara günlərimin sayın artırıb.
Könlümün sağalmaz dərdin artırıb,
Mənə yaxınikən uzaq olan qız!

Xəyalən yaxınıq birbirimizə,
Xəyalda gəlirsən sən tez-tez bizə.
Gerçəkdə bəs niyə gəlmirsən bizə?
Mənə yaxınikən uzaq olan qız!

Sən də bu şəhərdə, mən də həmçinin,
Ruhun yanımdadı, ayrıdı cismin.
Başına bəladı sənin keçmişin,
Mənə yaxınikən uzaq olan qız!

Allahdan bəxtinə mən mükafatam,
Çalış ki, sən mənə sahib çıxasan.
Məni də itirib evdə qalarsan,
Mənə yaxınikən uzaq olan qız!

Talehem özünü gözümdən salma.
Gəl məni onunla belə səhv salma.
Məndən uzaqlaşıb heç yana qaçma,
Mənə yaxınikən uzaq olan qız!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 42 Bölmə: Sevgi şerləri