beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Niye Tenhayam.???

Görəsən, mən niyə tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm;
Əllərim isinsin budaqlarıyla,
Silim gözlərimi yarpaqlarıyla.
Bir az da mehriban, bir az da həlim, Hamar gövdəsini oxşasın əlim.
Gah mən ağac olum, gah da o insan,
Ömür ağacımla qolboyun olsun,
Bu da ömrümüzdə bir oyun olsun.
Yaşayıb keçdiyim, keçib gördüyüm,
Sevda ağacında yuva hördüyüm, Ömürlər içində ömür sürdüyüm
O günlər məni tək buraxdı, getdi,
Gülüm həşəm oldu, su axdı, getdi.
O tək qayalıqda bitən vələsim,
Kökü daş içində qırıldı sim-sim.
Qara kovğuşunda ocaq qalanan, Qabığı üstündə zorla dayanan
Qoca palıdı da bir yel apardı,
Hə, mən də var idim, hə, o da vardı...
Üstümdən cökənin getdi kölgəsi,
Batdı ağacların meşə ölkəsi.
Ən dərin meşənin qucağında sirr, Ən hündür ağacın budağında sirr,
O gözəgörünməz, yeri bilinməz,
Kol-kosa sığınıb gölə yenilməz,
İldırım qanadlı alabaxtalar
İndi yuva yeri harda axtarar?..
İtdi üstümüzdən meşə kölgəsi, Getdi ağacların yaşıl ölkəsi.
Bəlkə onunçün də tənhayam, təkəm,
Mən gərək yanımda bir ağac əkəm.
Talanın bər-bəzək ağaclarıyla,
Yolların bu dirək ağaclarıyla
Heç cürə ünsiyyət tapa bilmirəm. Ağaclarda yuva, mühitdə hava,
İnsanda məhəbbət tapa bilmirəm.
Bircə nəfs toxunan, nəfəs toxunan
Ağaclara gəlməz alabaxtalar.
Bəlkə də ruh olub uçdu o quşlar,
Gedib ilahidən başqa taxt alar. Görəsən, tək durnam harda uyudu,
Kəkliyim yetdimi qaya daşına?..
Sulanan zəminin artıq suyudu,
Buraxdım ömrümü başdı-başına.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 137 Bölmə: Sevgi şerləri