beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eller Sene Demedimi.?

Ruhumdasan neçə ildi
Ömrüm axıb gedən seldi
Bu sevgimi ellər bildi
Ellər sənə demədimi?
Mən könlümü sənə
verdim Qədəminə çiçək sərdim Hər baxçadan bir gül
dərdim
Güllər sənə demədimi?
Neçə- neçə eldən keçdim
Qar-borandan seldən keçdim
Nəğmə olub dildən keçdim
Dillər sənə demədimi?
Hər arzum,hünərim
sənsən Nəğməli günlərim
sənsən
İllərim,aylarım sənsən Aylar sənə demədimi?
Təkcə sənə könül açdım
Xəyalınla qoşa uçdum Əsən küləkdən
soruşdum
Yellər sənə demədimi?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 48 Bölmə: Sevgi şerləri