beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SE V GI NEYE DEYIRSEN?????

"SEVGİ NƏYƏ DEYİRSƏN"

Külək kimi əsib keçdin bir anda,
Tərk elədin məni dumanda qarda,
Qanadlanib uçub getdin son anda,
Sən qanadsız sevgi nəyə deyirsən?!

Gözlərinə həsrət qoydun zamanla,
Çox yalvardım qoy yaşayım gümanla,
Sonda qoydun məni qoca yalanla,
Sən yalansız sevgi nəyə deyirsən?!

Hər acıya hər kədərə dözmüşəm,
Sən ocaqsan, mənsə sönən közmüşəm,
Qəm gölündə çırpınaraq üzmüşəm,
Sən əzabsız sevgi nəyə deyirsən?!

Bu həyata tək səninçün gəlmişəm,
Sevgi nədir səndən sonra bilmişəm,
Təkcə sənə sevdiyimi demişəm,
Sən cavabsız sevgi nəyə deyirsən?!

“Sevinc” dedin öz sevincimi verdim,
“Kədər” dedin qəmi çöllərə sərdim,
“Ürək” dedin sənə qurban can dedim,
Sən dəyərsiz sevgi nəyə deyirsən?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri