beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

30 Aprel, ADNA Terrorunayazilmishsheir...

Bu gün ayın otuzuydu
Həm də doqquz otuzuydu (09:30)
Nə biləydim öləcəyəm
Bir də sizi görəcəyəm?
Anam dərsə yollamışdı Mənə görə ağlamışdı
Nə biləydim öləcəyəm
Bir də sizi görəcəyəm?
Dərsə çox vaxt gecikərdim
Kaş yenə də gecikərdim
Nə biləydim öləcəyəm Bir də sizi görəcəyəm?
Az qalmışdı məzun idim
Qəbul olanda sevindim
Nə biləydim öləcəyəm
Bir də sizi görəcəyəm?
Sözüm vardı sevgilimə Görən gəlirmi qəbrimə
Nə biləydim öləcəyəm
Bir də sizi görəcəyəm?
Dostum, sirrim qalsın səndə
Tabutdayam dost çiynində
Nə biləydim öləcəyəm Bir də sizi görəcəyəm?


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 37 Bölmə: Sevgi şerləri