beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni Fikirləşirəm....

Səni fikirləşirəm


Səni fikirləşirəm,
Səadətdən yazıram.
Qolumdakı saatın daha hər saniyəsi
Səni salır yadıma.
Məhəbbətdən yazıram.
“Sədaqət” qala-qala
“Xəyanət” qafiyəsi
Yaraşmayır adıma...

Səni fikirləşirəm
Fikirlərim qarışır.
Əllərini tutanda
Həyacandan əllərim
Əsməməyə çalışır.
Baxma hərdən susuram,
Əgər oxuya bilsən
Baxışlarım danışır...

Səni fikirləşirəm
Hər gün,hər an,hər saat.
Duymayanda səsini bərk oluram narahat.
Mən,səni düşünürəm,
Düşünmədən görəsən
Nə düşünər camaat?!

Səni fikirləşirəm
Niyə belə fikirli dönürsən evinə sən?
Bilmirəmki nə edim azacıq sevinəsən.
Danışasan-güləsən,
Həyatdan bezməməyi
Öyrənəsən,biləsən
Axı niyə beləsən?!

Səni fikirləşirəm
Yadımdadır hamısı.
Mehriban davranışın,
Sevgi dolu baxışın.
Ağır-ağır yerişin,
İncə-incə qaçışın.
Öpərdi saçlarını damcıları yağışın.
Mən də o damcıları...
Beləcə unudardıq biz bütün ağrıları.
Yenə fikirləşirəm
Birgə yaşadığımız
Bütün xoşbəxt anları.
Şeir çox uzanacaq
Yazmıram olanları...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Sevgi şerləri