beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Darixmiwam Men...

Təzəcə gəlmişdin ömrümə mənim,
Qayıt sənin üçün darıxmışam mən.
Qol-qanad vermişdin sevgimə mənim,
Qayıt,sənin üçün darıxmışam mən.

Getmə,bu sevgimi tənha buraxma,
Sevən ürəyimi yandırma,yaxma,
Gəl mənə,dön mənə arxana baxma,
Qayıt,sənin üçün darıxmışam mənim.

Bitsin bu hicranın əsən yelləri,
Qonağım elə sən qulac telləri,
Qayıt ay sevgilim al bu gülləri,
Qayıt sənin üçün darıxmışam mən.

Sahibsiz gəmiyəm limandan uzaq,
Kiçik bir təpəyəm dumandan uzaq,
Nə həsrət,sən məndən,mən səndən uzaq
Qayıt,sənin üçün darıxmışam mən.

Gəzirəm hər yanı ah bu nə səsdi,
Sənsiz yaşamağım quru nəfəsdi,
Bu dünya,bu aləm qara qəfəsdi,
Qayıt sənin üçün darıxmışam mən


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi şerləri